...

Meksikada bir evdən 17 nəfərin meyiti aşkarlanıb

Dünya xəbərləri Materials 28 May 2025 12:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın Quanhuato ştatında tərk edilmiş bir evin içində 17 nəfərin meyiti aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə adıçəkilən Meksika ştatının prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, tapıntı İrapuato şəhərində yer alıb. Axtarışlara təlim keçmiş xidməti itlər cəlb edilib. Meyitlərdən savayı, tərk edilmiş evdən soyuq silah kimi istifadə olunan maçete, külüng və bel tapılıb.

Ölənlərdən beşinin (dörd kişi və bir qadın) adları itkin düşənlərin siyahısında olanlar olduğu müəyyən edilib.

İlkin ehtimala görə, qətllər Santa-Rosa-De-Lima cinayətkar dəstəsi ilə Halisko karleti arasında gedən münaqişə ilə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »