Bakı. Trend:
Çinlə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi yanvar-apreldə (2025-ci ildə) 1,4 milyard dolları ötüb.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey səfirlik binasında Sivilizasiyalar arasında Birinci Beynəlxalq Dialoq Günü münasibətilə keçirilən brifinqdə deyib.
O qeyd edib ki, cari ilin ilk dörd ayı ərzində iki ölkə arasında ticarət həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 37 faiz artıb.
“Çin ticarət həcminə görə Azərbaycanın ticarət tərəfdaşları arasında möhkəm şəkildə dördüncü yeri, idxalçı ölkələr arasında isə ikinci yeri tutur,” – deyə L.Mey vurğulayıb.