...

İsrail Müdafiə Qüvvələri İranın nüvə obyektinə endirilən zərbənin görüntüsünü yayıb (VİDEO)

Dünya xəbərləri Materials 19 İyun 2025 14:30 (UTC +04:00)
İsrail Müdafiə Qüvvələri İranın nüvə obyektinə endirilən zərbənin görüntüsünü yayıb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Arak ağır su reaktoruna bu səhər endirilən aviazərbənin görüntüsünü yayıb.

Trend bu barədə “Times of Israel” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, reaktor tikinti mərhələsində olub və onun yalnız bir hissəsi inşa edilmişdi.

IDF bildirib ki, aviahücumda kompleksin plutonium istehsalına cavabdeh olan hissəsi hədəfə alınıb. Əməliyyatın əsas missiyası reaktorun gələcəkdə nüvə silahının yaradılması məqsədilə istismarının qarşısını almaq olub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »