...

ABŞ-nin "E-4B Nightwatch" təyyarəsi Vaşinqtona uçub

Dünya xəbərləri Materials 19 İyun 2025 06:25 (UTC +04:00)
ABŞ-nin "E-4B Nightwatch" təyyarəsi Vaşinqtona uçub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Qiyamət günü Təyyarəsi” kimi tanınan "E-4B Nightwatch" hava gəmisi İran-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Luizianadan Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələrinin bazasına enib.

Trend-in “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, nüvə hücumu zamanı ölkənin yüksək rəhbərliyinin komandanlıq postu kimi fəaliyyət göstərəcək təyyarə Bossyer Sitidən Virciniya və Şimali Karolina ştatları üzərindən uçaraq Endryus baza hava limanına çatıb.

Qeyd olunur ki, “Nightwatch” yanacaqla havada doldurula bilməsi sayəsində bir həftə fasiləsiz uçuş edə bilir. Təyyarənin bütün avadanlıqları nüvə partlayışının zərərli təsirlərindən qorunmaq üçün xüsusi hazırlanıb. ABŞ-nin 43-cü Prezidenti Corc Buş bu təyyarədən 2001-ci il 11 sentyabr terror aktları zamanı istifadə edib.

Hazırda ABŞ Hərbi Hava Qüvvələrinin istismarında 1970-ci illərdə xidmətə qəbul edilmiş və 2030-cu illərdə istifadəsi dayandırılacaq dörd ədəd E-4B təyyarəsi var.

Xəbər lenti

Xəbər lenti

OSZAR »