...

İslamofobiya anlayışı ilə bağlı təhlükə Bosniya cəmiyyətini narahat edir - Edin Hamzakadic

Cəmiyyət Materials 27 May 2025 16:23 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İslamofobiya anlayışı ilə bağlı təhlükə Bosniya cəmiyyətini narahat edir.

Trend xəbər verir ki, bunu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı İmam Edin Hamzakadic deyib.

O qeyd edib ki, biz islamofobiya və digər irqçilik növlərinə alışmışıq:

"Təəssüf ki, insanlar irqçilik növlərini hesabat verəcək qədər vacib məsələ hesab etmirlər. Bosniya və Herseqovinada islamofobiya milli kimliklə sıx bağlıdır.

İslamofobiya Bosniya və Herseqovinada güclü tarixə malikdir. Bu barədə rəsmi qurumlardan da məlumat əldə etmək olar. Bosniyalılar, serblər və xorvatlar konstitusion hüquqlara malik olan xalqlardır. Bir sıra hallarda müsəlmanlar digər xalqlardan ayrı tutulur".

Xəbər lenti

Xəbər lenti

OSZAR »