Bakı. Trend:
Azərbaycan və Çin Qlobal Sivilizasiya Təşəbbüsü çərçivəsində əməkdaşlığı fəallaşdırır.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey səfirlik binasında keçirdiyi brifinqdə deyib.
Səfirin sözlərinə görə, Sivilizasiyalar arasında Beynəlxalq Dialoq Gününün təsis olunması və 83 ölkənin, o cümlədən, Azərbaycanın dəstəyi ilə BMT Baş Assambleyasının müvafiq qətnaməsinin qəbul olunması sivilizasiyalar arasında dialoqun dərinləşdirilməsinə və bəşəri tərəqqinin təşviqinə ortaq meyillərin olduğunu əks etdirir.
“Azərbaycan Çinin təklif etdiyi Qloval Sivilizasiya Təşəbbüsünü aktiv şəkildə dəstəkləyir, Sivilizasiyalar arasında Beynəlxaq Dialoq Gününün təsis olunması haqda qəbul olunan qətnaməni yüksək qiymətləndirir və mədəni müxtəlifliyə hörməti təşviq etməyə, eləcə də, humanitar sahədə mübadiləni və əməkdaşlığı aktiv şəkildə inkişaf etdirməyə hazırdır”, - deyə diplomat bildirib.