...

Sabah 33 dərəcə isti olacaq

Cəmiyyət Materials 27 May 2025 12:16 (UTC +04:00)
Sabah 33 dərəcə isti olacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mayın 27-dən 28-nə gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +19 dərəcəyədək, gündüz +23 dərəcədən +28 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +16 dərəcədən 21 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.

Xəbər lenti

Xəbər lenti

OSZAR »