Bakı. Trend:
Sakit okeanda Rusiyanın Kamçatka yarımadasının cənub-şərq sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi öz "Telegram" səhifəsində yazıb.
Məlumata əsasən, zəlzələ çərşənbə günü yerli vaxtla saat 14:49-da episentri Petropavlovsk-Kamçatskidən 51 km şərqdə, Avaça körfəzində qeydə alınıb. Zəlzələnin ocağı 88,2 km dərinlikdə yerləşib.
Bildirilib ki, Petropavlovsk-Kamçatskidə, ilkin hesablamalara görə, seysmik hadisə 3 bal gücündə hiss olunub.
"В Петропавловске-Камчатском, по предварительной оценке, сейсмическое событие ощутили силой до трех баллов", - говорится в сообщении.