Bakı. Trend:
İsrailin bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda hərbi obyekti vurduğu bildirilir.
Trend-in məlumatına görə, bununla əlaqədar video-kadrlar paylaşılıb.
Video-kadrda hərbi hücum nəticəsində böyük partlayış baş verib və yanğına səbəb olub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.