...

Yaponiyada ABŞ bazasında partlayış baş verib

Dünya xəbərləri Materials 9 İyun 2025 09:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin Yaponiyada yerləşən “Kadena” bazasında partlayış baş verib.

Trend xəbər verir ki, bu haqda NHK telekanalı baza yaxınlığında yerləşən Yomitan qəsəbəsinin administrasiyasına istinadən məlumat yayıb.

İlkin məlumata əsasən, insident bazada partlamamış mərmilərin müvəqqəti saxlanıldığı obyektdə baş verib. Hadisə nəticəsində azı 4 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərin əksəriyyəti əl nayihələrindən yaralanıb və müvəqqəti olaraq eşitmə qabiliyyətini itiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »