Bakı. Trend:
Rusiyanın nümayəndə heyəti İstanbula yollanır və iyunun 2-i, bazar ertəsi, Ukrayna ilə danışıqlara hazır olacaq.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Bu gün sizə onu da bildirmək istəyirəm ki, bizim nümayəndə heyətimiz — Rusiya danışıqlar nümayəndə heyəti — İstanbula yola düşür və bazar ertəsi səhərindən etibarən danışıqların davamına hazır olacaq”, – Kremlin nümayəndəsi bildirib.
Peskov eyni zamanda Ukrayna münaqişəsinin nizamlanması üçün Rusiya prezidenti Vladimir Putinin də yüksək səviyyəli danışıqlara hazır olduğunu bəyna edib.
"Putin dəfələrlə bildirib ki, o, prinsip etibarilə ali səviyyədə təmasların tərəfdarıdır, bu cür təmaslara şübhəsiz ehtiyac var, lakin onlar əvvəlcədən hazırlanmalıdır və ilk növbədə iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə olunmalıdır. Əgər belə bir nəticə əldə olunarsa və nə vaxt əldə olunarsa – o zaman, əlbəttə, ali səviyyədə təmaslardan da söhbət gedə bilər", – deyə bildirib.