Bakı. Trend:
Kanada hökuməti ABŞ administrasiyası ilə Ottavanın Amerikanın “Qızıl Qübbə” (Iron Dome) raketdən müdafiə sistemi layihəsinə qoşulması ilə bağlı danışıqlara başlayıb.
Trend xəbər verir ki, bu barədə məlumatı CTV telekanalı Kanadanın Baş naziri Mark Karninin ofisindəki mənbəyə istinadla yayıb. Məlumata görə, məsələ artıq iki ölkə arasında müzakirə olunur, lakin detallar hələlik açıqlanmır.
ABŞ Prezidenti Donald Tramp da bu barədə açıqlama verərək, Kanadanın layihəyə maraq göstərdiyini təsdiqləyib və məsələni Kanada rəhbərliyi ilə müzakirə edəcəyini bildirib.