...

Fransa Aİ-də nüvə silahı olan təyyarələri yerləşdirə bilər

Dünya xəbərləri Materials 14 May 2025 05:12 (UTC +04:00)

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron nüvə silahı ilə silahlanmış Fransa hərbi təyyarələrinin Aİ ölkələrində yerləşdirilməsi ilə bağlı “müzakirələrə başlamağa” hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti "TF1" televiziya kanalına müsahibəsində deyib.

"Mən debata başlamaq istəyirəm, amma Fransa başqalarının təhlükəsizliyini ödəməyəcək, bu, bizim sahib olduqlarımız hesabına edilməyəcək və son qərar həmişə Fransanın olacaq", - deyə F.Makron bildirib.

O, Fransanın təmin edəcəyi nüvə silahının qarşısının alınması ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti

OSZAR »