Bakı. Trend:
Çin hakimiyyəti Latın Amerikası ölkələrinə 66 milyard yuan (təxminən 9,2 milyard dollar) kredit verəcək.
Trend xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin bu barədə Çin-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) forumunun 4-cü nazirlər iclasının açılış mərasimində çıxış edərkən məlumat verib.
Si Cinpin bildirib ki, Çin bu regiondakı ölkələrdən daha keyfiyyətli məhsul idxal etməyi planlaşdırır və Latın Amerikası ölkələrinin inkişafını dəstəkləmək məqsədilə investisiya axınının artırılmasına yönələn tədbirlər görəcək.