Bakı. Trend:
Bakı. Trend:
Hesablama Palatası ötən il cari və əsaslı xərclərin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hesablanmadığı, eləcə də, dövlət büdcəsinin cari və əsaslı xərclərinin məbləğinin dövlət büdcəsinin icrası barədə illik hesabatda əks etdiriləndən fərqləndiyi qənaətindədir.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, təqdim edilmiş məlumatların təhlili Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda cari, əsaslı və dövlət borcu üzrə əks etdirilmiş xərc məbləğlərinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun hesablanılmadığını deməyə əsas verir.
Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.3- cü maddəsinə əsasən, dövlət büdcəsi xərclərinin strukturunda layihələrdə pay iştirakı xərcləri əsaslı xərclərin tərkibində nəzərdə tutulmadığı halda, 2024-cü ildə bu istiqamətdə icra edilmiş 300,6 mln. manat vəsait dövlət büdcəsinin əsaslı xərclərinə aid edilib. Bu xərclərin əsaslı xərclərə aid edilməsi xərclərin mahiyyət etibarilə layihələrə kapital qoyuluşundan ibarət olması ilə əlaqələndirilir.
Eyni zamanda, dövlət borcu üzrə bank xərcləri qanunvericiliyə əsasən cari xərclər hesab edildiyi halda, hesabat ilində dövlət borcu üzrə bank xidmətləri haqqının ödənilməsi ilə bağlı 129,0 min manat məbləğində xərclər dövlət borcu xərclərinə daxil edilib.