Bakı. Trend:
Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirin həcmi 1,2 milyon manat təşkil edib.
Trend bu barədə AMB-ə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 304 min manat və ya 33,3% çoxdur.
Belə ki, 2023-cü ildə AMB-nin xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirin həcmi 914 min manat olmuşdu.