...

Klublararası dünya çempionatında növbəti matçlar baş tutub

İdman Materials 27 İyun 2025 02:15 (UTC +04:00)
Klublararası dünya çempionatında növbəti matçlar baş tutub

Bakı. Trend:

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı (KDÇ) davam edir.

Trend-in məlumatına görə, G qrupunda daha əvvəl 1/8 finala vəsiqəni təmin edən İngiltərənin "Mançester Siti" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gəlib.

Görüş "şəhərlilər"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər matçında isə hesablarında xalları olmayan “Vidad Kasablanka” (Mərakeş) ilə “Əl-Əyn” (BƏƏ) qarşılaşıb. Oyun BƏƏ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti

OSZAR »