...

Bakıda minifutbol üzrə dünya çempionatında 1/4 finalın son iştirakçıları müəyyənləşdi

İdman Materials 28 May 2025 23:14 (UTC +04:00)
Bakıda minifutbol üzrə dünya çempionatında 1/4 finalın son iştirakçıları müəyyənləşdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

Trend xəbər verir ki, bu gün yarışın 1/8 final mərhələsinə yekun vurulub və Milli Gimnastika Arenasında 1/4 finala yüksələn son dörd komanda bəlli olub.

Günün ilk qarşılaşmasında Monteneqro və Polşa milliləri üz-üzə gəlib. Monteneqrolular rəqibinə 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar.

Bosniya və Herseqovina ilə Çexiya yığmalarına da 1/4 finala vəsiqə qazanmaq asan olmayıb. Hər iki komanda gərgin mübarizə fonunda mərhələ adlamağı bacarıb.

Yarışın favoritlərindən sayılan Serbiya isə Gürcüstan yığmasını məğlub edərək adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, 1/4 finalın mayın 27-də müəyyənləşən ilk iki cütündə Azərbaycan İngiltərə ilə, Mavritaniya Macarıstanla qarşılaşacaq.

17:30. Monteneqro - Polşa - 1:0
19:00. Bosniya və Herseqovina - Tailand - 3:1
20:30. Çexiya - İsrail - 4:1
22:00. Serbiya – Gürcüstan - 3:2

Xəbər lenti

Xəbər lenti

OSZAR »