Bakı. Trend:
İrəvan Qazılığının bərpası ilə bağlı Ermənistanda deyilənlər məni maraqlandırmır.
Trend xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“Qafqaz Müsəmanları İdarəsi yaranan gündən indiyədək Tiflis, Batumi, Dərbənd, Qars, o cümlədən də İrəvanda bütün Ermənistanı əhatə edən İrəvan Qazılığı olub. Onlar hamısı QMİ-yə tabe olublar. Sonrakı dövrlərdə İrəvanda aparılan siyasətin nəticəsində azərbaycanlılar deportasiyaya məruz qaldığından Qazılığımız da fəaliyyətini icbari şəkildə dayandırmışdı”, - deyə o bildirib.
Sədr vurğulayıb ki, Qərbi Azərbaycan İcması ilə məsləhətləşmələrdə İrəvan Qazılığının bərpa edilməsi ilə bağlı qərar verilib.
“İnanırıq ki, azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Çünki orada bizim çoxlu məscidlərimiz, ziyarətgahlarımız, qəbristanlıqlarımız var. Qayıtmaq yolunda mənəvi dayaq üçün Qazılığımızın fəaliyyətinin bərpa edilməsi də vacib idi. Əgər qazılıq bu gün burada fəaliyyətə başlayıbsa, inanıram ki, bir gün İrəvanda da fəaliyyət göstərəcək”, - deyə A.Paşazadə qeyd edib