Bakı. Trend:
65 yaşdan sonra tibb işçilərinin təqaüdə göndərilməsi məsələsi ilə çox ciddi məşğul olmuşuq. Dəfələrlə həm TƏBİB, həm də Səhiyyə Nazirliyinin rəhbərliyi ilə danışmışıq. Burada kimisə günahlandıra bilmərik. vaxtilə Milli Məclisdə bu qərarı biz qəbul etmişik, hamımız layihəyə səs vermişik.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr Əhliman Əmiraslanov komitənin bugünkü iclasında Əmək Məcəlləsi və digər üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Müraciət edəndə bizə deyirlər ki, qanunu ortadan götürün, 65 yaş məsələsini gündəmdən çıxaraq. Sahiyyə nazirindən də xahişimiz bundan ibarətdir ki, Teymur Musayevə də demişəm, necə ki təhsildə bunu etdilər, yaş həddini ləğv etmək lazımdır. Çünki bu bölgələrdəki həkim çatışmazlığının aradan qaldırılmasına kifayət qədər kömək edəcək”, - deyə komitə sədri vurğulayıb.