Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 19 ton kubmetr həcmində propan qazı (maye halında) ixrac edib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, Azərbaycan bu həcmdə təbii qazın idxalına 38,97 min ABŞ dolları sərf edib.
Bundan başqa, hesabat dövründə Azərbaycana İtaliyadan da propan qazının (maye halında) ixracı qeydə alınıb. Belə ki, cari ilin ilk 4 ayında Azərbaycan sözügedən ölkədən 44,94 min ABŞ dolları dəyərində 8,56 ton propan qazı alıb.
Qeyd edək ki, cari ilin ilk 4 ayı ərzində Azərbaycana ümumilikdə 83,91 min ABŞ dolları dəyərində 27,56 ton propan qazı (maye halında) idxal edilib.