...

Fransada islamofobiya narahatedici miqyas alıb - Stasburqun Böyük məscidinin prezidenti

Siyasət Materials 27 May 2025 10:55 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Fransada islamofobiya narahatedici miqyaslar alıb.

Trend xəbər verir ki, bunu Fransanın Strasburq böyük məscidinin prezidenti Səid Alla Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

“İslamofobiya – təkcə Fransa üçün səciyyəvi olan bir hal deyil. Əksinə, o, demək olar ki, bütün Qərb ölkələrinə toxunur. Lakin son illər bu Fransada çox narahatedici miqyas və forma alıb. Yaxın zamana qədər İslam dininə və müsəlmanlara qarşı açıq ədavət, yalnız qatı sağçı siyasi partiyalarla məhdudlaşırdı”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda köklü bir dəyişiklik baş verib: islamofobiya ritorikası əvvəllər bu cür nifrətin yol tapa bilmədiyi sahələrə yayılıb.

“İslamofobiya artıq özlərini demokratlar kimi qələmə verən həm kişi, həm də qadın siyasətçilərin bəyanatlarında, o cümlədən, ifadə azadlığı görüntüsü altında təbliğatçıların nitqlərinə geniş efir zamanı və yeri verən aparıcı KİV-lərdə özünü büruzə verir. Artıq bu ritorikanın tədqiqatçılar, akademikər, biznesmenlər, jurnalistlər və əlbəttə ki, adi vətəndaşlar tərəfindən də dəstəklənməsi halları müntəzəm hal almaqdadır”, - deyə Səid Alla bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »