...

Avropada anomal istilər bəzi yerlərdə həyatı iflic edib

Dünya xəbərləri Materials 1 İyul 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Eyfel qülləsinin zirvəsi yaxın günlər üçün ziyarətə bağlanıb.

Trend xəbər verir ki, Parisin əsas görməli yerlərindən biri olan bu abidənin fəaliyyətinin dayandırılması səbəbləri barədə Bloomberg məlumat yayıb.

Qərarın qəbul edilməsinə səbəb Avropanı bürüyən anomal istilər olub.

Məşhur abidə 1 və 2 iyul tarixlərində bağlı olacaq, çünki sinoptiklərin proqnozlarına əsasən, həmin günlərdə temperatur +41 dərəcəyə qədər yüksələ bilər. Hava təhlükəsinin “qırmızı” səviyyəsi təkcə Parisdə deyil, Fransanın daha 15 rayonunda elan edilib.

Misli görünməmiş istilər Avropa ölkəsində həyatı iflic edib. Paris, Tuluz və Limuzen arasında qatarların hərəkəti dayandırılıb. Ölkə üzrə təxminən 1300 məktəb bağlanıb, Ardeş və Drom departamentlərində isə beş mindən çox ev işıqsız qalıb.

İspaniyada yaxın günlərdə temperatur daha da arta bilər, +43 dərəcəyə qədər. Portuqaliyanın Beja şəhərində də oxşar göstərici gözlənilir. Orada 29 iyun bazar günü rekord göstərici +46,6 dərəcə qeydə alınıb.

Ekstremal istilər Almaniya və İtaliyanı da əhatə edib, İsveçrə Alplarında güclü leysanlar barədə xəbərdarlıq edilib. Eyni zamanda, Londonda hava +34 dərəcəyə qədər isinəcək, lakin 2 iyuldan etibarən havanın soyuması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »