...

ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər

Dünya xəbərləri Materials 20 İyun 2025 23:41 (UTC +04:00)
ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hakimiyyəti böyük yarımkeçirici istehsalçılarına xəbərdarlıq edib ki, Çin fabriklərinə ABŞ istehsalı olan avadanlıqların tədarükü üçün verilmiş icazələrin ləğvi nəzərdən keçirilir.

Trend xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri Ceffri Kessler sözügedən istehsalçılara – o cümlədən "Samsung Electronics", "SK Hynix" və "TSMC" şirkətlərinə – lisenziyaların ləğv edilə biləcəyini bildirib.

Hazırda bu şirkətlər Çin fabriklərinə ABŞ avadanlığını əlavə icazə almadan tədarük edə bilirlər. Lakin Vaşinqton bu imtiyazların dayandırılmasını nəzərdən keçirir.

WSJ yazır ki, əgər bu planlar həyata keçirilərsə, bu, həm diplomatik, həm də iqtisadi gərginliklərə yol aça bilər. Nəşrin məlumatına görə, Çin tərəfi bu addımı Londonda keçirilmiş danışıqlarda əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndirə bilər.

Xəbər lenti

Xəbər lenti

OSZAR »