...

Büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir – Millət vəkili

İqtisadiyyat Materials 27 May 2025 11:33 (UTC +04:00)
Büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir – Millət vəkili
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il qarşıya qoyulan fiskal hədəflərə nail olmaq mümkün olub. İşğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən 5 345 000 manat vəsaitin ayrılması Azərbaycanın gücünü göstərməklə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinin daha da intensivləşməsinə xidmət edib.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, 2024-cü ildə sosial müdafiə və sosial təminat, hərbi gücün daha da gücləndirilməsi ilə bağlı tədbirlərdə maliyyləşmə vaxtında həyata keçirilib:

“Makroiqtisadi və fiksal proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var. Əksər göstəricilər üzrə proqnoz və hətta yenidən dürüstləşmə ilə icra arasında əhəmiyyətli kənarlaşmalar var. Məsələn, 2024-cü ildə dövlət büdcəsinin ilkin təsdiq olunan xərcləri 36 763 000 manat, dürüstləşdirilmiş xərclər 39 742 000 manat olsa da, icra 37 713 000 manat olub.

Yəni, proqnoz il icra arasında xərclər üzrə 2 milyard manatdan çox fərq qeydə alınıb. Və ya proqnoz büdcə kəsiri ilə real büdcə kəsiri arasında 6 dəfə çox kənarlaşma qeydə alınıb. Büdcə kəsirinin azaldılması müsbət haldır, ancaq bunun proqnozlarda bu qədər fərqlə qeydə alınması metodologiyanın təkmilləşdirilməsini daha da aktuallaşdırır”.

Deputat bildirib ki, 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29,4, xərclərinin çəkisi isə 29,9 % olub.

“Fiskal xərcləmələrin ÜDM-dəki xüsusi çəkisində artım dinamikası müşahidə edilsə də, hələ də bu göstəricimiz əksər inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan dövlətlər ilə müqayisədə aşağıdır. 2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir. Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 192 000 manat olsa da, cari xərclər 21 343 000 manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır.

2024-cü ildə baş tutmuş 9 845 000 manatlıq dövlət satınalmasının 5 355 000 manatı, yəni 54,4 %-i bir mənbədən satın alma olub. Digər tərəfdən, dövlət satınalmaların cəmi 43,4 %-i açıq tender yolu ilə həyata keçirilib. Yəni, ötən il dövlət satınalmalarına çıxarılan hər 100 manatdan sadəcə 43 manatı açıq tender yolu ilə təqdim olunub”, - deyə V.Bayramov qeyd edib.

Xəbər lenti

Xəbər lenti

OSZAR »