...

İyun ayında zəhərlənənlərin sayı açıqlandı - Ölənlər var

Cəmiyyət Materials 2 İyul 2025 09:00 (UTC +04:00)
İyun ayında zəhərlənənlərin sayı açıqlandı - Ölənlər var
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

"Həmçinin, 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm,1 nəfər həşərat dişləməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »