...

Bu gün bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 25 İyun 2025 06:09 (UTC +04:00)
Bu gün bu ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 100 mm və 159 mm diametrli boruların korroziyaya uğraması səbəbindən yeraltı qaz xətləri yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Yuxarı Buzqov, Aşağı Buzqov və Gərməçataq kəndlərində qaz təchizatı bu gün saat 09:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti

OSZAR »