...

Xaçmazın Pirquluoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2025 15:57 (UTC +04:00)
Xaçmazın Pirquluoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Pirquluoba kəndində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə təşəkkürlərini bildiriblər. Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti

OSZAR »